Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxili İşlər Nazirliyi yayıb.
V.Əsəd narkotik alverində və bir sıra digər qanun pozuntularında ittiham olunur.
“Suriya kəçfiyyatının və DİN-in əməkdaşları Vasim Əsədi saxlayıb. O, Suriyada narkotik alveri ilə məşğul olan ən tanınmış şəxslərdən biri hesab olunur və keçmiş rəhbərliyin cinayətlərində iştirak edib”, - deyə Suriya DİN-in feysbuk hesabında edilən paylaşımda bildirilib.
“SANA” agentliyinin mənbələri isə, sözügedən şəxsin Livanla sərhədin yaxınlığında saxlanıldığını qeyd edib.
Xatırladaq ki, Suriyada 2024-cü il dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.