“Niyə 2018-ci ildə “Qarabağ Ermənistandır və nöqtə” dedim?”— Paşinyandan şok açıqlama

GÜNDƏM 21 iyun 2025, 18:08
“Niyə 2018-ci ildə “Qarabağ Ermənistandır və nöqtə” dedim? Bunun çox sadə cavabı var.”

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyə erməni icması ilə görüşdə bildirib.

“2020-ci ildə dedim ki, biz vətənpərvərlik modelimiz haqqında düşünməliyik. Elə bil bu model bizim deyil, kənardan gətirilib. Mən bu bəyanatı 2018-ci ildə verdim, çünki vətənpərvər idim. Çünki bütün diaspor ermənilərinin rəhbəri kimi qəbul olunurdum. Bu vətənpərvərlik anlayışı bizi bu fəlakətlərə gətirib çıxardı. Mən məsələn, Uruqvaydakı ermənilərin əvəzinə cavabdeh ola bilmərəm.

“Biz başqalarına baxıb deyirik: vəhşi, vəhşi, vəhşi, amma gərək özümüzə baxaq”, - deyə Paşinyan qeyd edib.

O zarafatla bildirib ki, belə görüşlər keçirir ki, icma üzvlərinə desin – mənə bel bağlamayın, problemlərinizi özünüz həll edin.

“Mən eyni anda həm İran, həm İsrail, həm də Rusiya və Ukrayna ermənilərinin qarşısında vəzifəmi yerinə yetirə bilmərəm, bu təhlükəlidir. Biz Ermənistanı belə bir gündəmə saldıqda, onu uçuruma sürükləyirik. Öz sərhədlərini bilmək çox vacibdir”, - deyə Paşinyan vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top