Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib. Bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb. Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib.
Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, nə qədər ki, bu məsələlər qanunvericilikdə konkret şəkildə əks olunmayıb, belə hallar davam edəcək:
“Hazırda həkim etikasını tənzimləyən vahid və məcburi hüquqi sənəd yoxdur. Həkim etikası və davranış kodeksi adlı bir qanun layihəsi hazırlanmalı və bu sənəddə həkimlərin peşə məsuliyyəti, xəstəyə münasibəti, etik davranış qaydaları dəqiq şəkildə təsbit olunmalıdır. Bu cür normativ baza olmadığı müddətdə isə xəstələrlə həkimlər arasında yaranan anlaşılmazlıqların, etibarsızlığın və etikasız davranış hallarının qarşısını almaq çətin olacaq. Etik pozuntuların çoxu hüquqi məsuliyyət yaratmır, amma cəmiyyət üçün ciddi nəticələr doğura bilir. Ona görə də, qanunvericilikdə etik pozuntularla yanaşı, onların hüquqi nəticələri də aydın şəkildə müəyyən olunmalıdır. Bu, gələcəkdə hüquqi qiymətləndirmənin asanlaşdırılması və məsuliyyətin düzgün tətbiqi baxımından vacibdir. Həm də belə halların təsnifatı yəni hansı əməllərin inzibati, hansıların isə cinayət məsuliyyəti yaratdığı dəqiq göstərilməlidir ki, hüquqi qeyri-müəyyənlik aradan qalxsın”.
Leyla Turan
Demokrat.az