Danimarkanın Baş naziri Mette Frederiksenə partiya yoldaşları tərəfindən karton eşşək şəklində hədiyyə sertifikatı verilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli kanal məlumat yayıb.
Sertifikat Frederiksenə Sosial Demokrat Partiyasının lideri kimi 10 illik yubileyini qeyd edən ziyafətdə təqdim edilib. Baş nazir siyasi karyerası bitdikdən sonra karton eşşəyi canlı eşşəklə dəyişə biləcək.
Frederiksen baş nazir kimi işini başa vurduqdan sonra Baltik dənizindəki Mon adasındakı bağ evinə köçüb əkinçiliklə məşğul olmağı planlaşdırır. Frederiksen 2019-cu ilin iyununda 41 yaşında Danimarkanın ən gənc baş naziri olub.
Əfsanə Kamal
Demokrat.az