Husilər yenidən ABŞ-ı hədələyib

DÜNYA 21 iyun 2025, 21:29
Yəmən husiləri ABŞ hökumətini hədələyərək onların İsrail tərəfində İranla münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum edəcəklərini bildiriblər.

APA xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

“Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hücum və təcavüzdə iştirak edərsə, silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ mülki və hərbi gəmilərinə zərbələr endirəcək”, - o deyib.

Saria vurğulayıb ki, husilər bölgədəki bütün fəaliyyəti diqqətlə izləyir və ərazilərini qorumaq üçün lazımi tədbirlər görməyə hazırdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 23:07
Top