Ukrayna NATO-nun gündəliyindən çıxarıldı

DÜNYA 22 iyun 2025, 00:05
İyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammitində alyansın Şurasının Ukrayna üzrə iclası olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Haaqada NATO Şurasının Ukrayna üzrə iclası olmayacaq. Bu, Ukraynadakı münaqişəyə diqqətin artırılmasında maraqlı olmayan ABŞ-nin Rusiyaya növbəti güzəştidir", - nəşr yazır.

Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Haaqaya səfəri də sual altındadır. Onun yalnız sammitin açılışı münasibətilə şam yeməyinə dəvət edildiyi qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top