Son olaraq dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 4,3 % artaraq 82,58 ABŞ dolları təşkil edib.
Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, Azərbaycan hazırda gündəlik təxminən 600 min barel neft və kondensat ixrac edir:
“Qlobal enerji bazarındakı dəyişikliklər, xüsusilə də Yaxın Şərqdə – İran və İsrail arasında baş verən hərbi-siyasi gərginliklər fonunda neftin qiymətində sürətli artımlar müşahidə olunur. Məsələn, cəmi bir həftə ərzində dünya bazarlarında neftin qiyməti 69 dollardan 78 dollara qədər yüksəlib. Bu 10 dollarlıq artım, Azərbaycan üçün gündəlik təxminən 6 milyon dollar əlavə gəlir deməkdir. Bu vəziyyət göstərir ki, qısa müddətli qiymət dəyişiklikləri Azərbaycan büdcəsinə ciddi təsir göstərməsə də, müsbət dinamika formalaşdırır. Neftin qiyməti bir müddət sonra yenidən 73-74 dollar səviyyəsinə düşərsə, bu, gəlirlərdə müəyyən azalmaya səbəb ola bilər. Lakin bu da əvvəlki səviyyəyə uyğunlaşma kimi qiymətləndirilə bilər və fövqəladə təlaş üçün əsas yoxdur”.
Ekspert diqqətə çatdırıb ki, cari ilin dövlət büdcəsində Azərbaycan neftinin ixrac qiyməti orta hesabla 70 dollar səviyyəsində nəzərdə tutulub:
“2025-ci ilin ilk 5 ayının nəticələrinə əsasən, orta ixrac qiyməti 73.8 dollar təşkil edib. Mövcud tendensiyalara əsasən, ilin ilk yarısı yekunlaşdıqda bu rəqəmin 75 dollar ətrafında formalaşacağı gözlənilir. Bu da büdcəyə əlavə gəlir deməkdir. Bununla yanaşı, Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına əsasən, hazırda dövlət büdcəsində kəsir müşahidə olunmur. Yəni, dövlət gəlirləri xərcləri qarşılayır və əlavə gəlirlər də büdcə sabitliyini möhkəmləndirir. Nəticə etibarilə, qlobal neft bazarındakı qiymət dalğalanmaları Azərbaycanın iqtisadiyyatında panikaya səbəb olmamalıdır”.
Leyla Turan
Demokrat.az