Media Təhlil Mərkəzinin (MTM) may ayı üzrə dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi ilə bağlı hesabatı açıqlanıb.
Demokrat.az xəbər verir ki, hesabata əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ötən ay feysbukda ən çox paylaşım edən qurum olub. Hesabat dövründə nazirliyin səhifəsində ümumilikdə 220 paylaşım yer alıb.
Reytinqdə ikinci sırada 202 paylaşımla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərarlaşıb. İlk üçlüyü reytinq göstəricisi 186 olan Müdafiə Nazirliyi tamamlayıb.
Siyahıda 4-cü yeri Gənclər və İdman Nazirliyi, 5-ci yeri isə Diasporla İş üzrə Dövlət Komitəsi tutub.
MTM-in məlumatına görə, instaqram üzrə reytinq siyahısına da Mədəniyyət Nazirliyi başçılıq edir. Burada nazirliyin 178 paylaşımı istifadəçilərə təqdim olunub.
Gənclər və İdman Nazirliyi 173 paylaşımla ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 166 paylaşımla üçüncü sırada yer alıb. Sonrakı iki pillədə Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri qərarlaşıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanan “Danışır mədəniyyət” (“ASAN Radio” ilə birgə), eləcə də nazirliyin dəstəyi ilə "AzerNyuMedia" şirkətinin "Real FM"də təqdim etdiyi "Cinema Radio" kanalının kinematoqrafiya sahəsi ilə bağlı verilişləri dinləyici və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Nazirliyin CBC radiosu ilə birgə həyata keçirdiyi “Mədəniyyət dalğası”, “Yurd FM”-lə reallaşdırdığı “Mədəni yurdumuz” layihələrinə də dinləyicilərin böyük marağı var.
Bundan əlavə, “Mədəni afişa” rubrikasında aparıcı teatr-konsert müəssisələrinin afişaları, “Mədəni irsimiz”də müxtəlif qədim sənətkarlıq sahələri barədə məlumat verilir. “Azərbaycan dili” rubrikasında isə lüğət fondumuzdan bəzi sözlərin etimologiyası və semantikası izah olunur.