Azərbaycanın tanınmış hoteli fəaliyyətini dayandırdı

SOSİAL 20 iyun 2025, 15:08
"Bilgah Beach Hotel" 2027-ci ilin yay fəslinədək fəaliyyətini dayandırdığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Bilgah Beach Hotel" məlumat yayıb.

"Yenilənmək və təmir işləri məqsədilə fəaliyyətimizə ara vermişik, lakin 2027-ci ilin yay fəslində möhtəşəm açılışla sizi qarşılamağı səbirsizliklə gözləyirik! Görüşmək ümidi ilə!", - məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin Noyabr ayında hotel belə bir açıqlama yaymışdı:

"Bilgah Beach Hotel" daha bir möhtəşəm mövsümün sonuna gəldi. Sizi yeni və əyləncəli təcrübələrlə qarşılamaq üçün növbəti mövsümü səbirsizliklə gözləyəcəyik. Gələn macəralaradək!"/Marja.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top