Dünya çempionatı: Azərbaycanın cüdo millisi 1/8 finalda Almaniya ilə qarşılaşacaq

SOSİAL 20 iyun 2025, 09:36
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.

Demokrat.az-in məlumatına görə, Azərbaycan yığması 1/8 final mərhələsində Almaniya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, milli komandamız dünya çempionatının fərdi yarışlarında üç bürünc medal qazanıb. Bu uğura Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) imza atıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top