İlham Əliyev Çinlə imzalanan iki sənədi TƏSDİQLƏDİ

XARİCİ SİYASƏT 20 iyun 2025, 13:33
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Demokrat.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı"nın təsdiq edilməsi ilə bağlı Fərmanı da imzalayıb.

Qeyd edək ki, hər iki sənəd 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top