Bolqarıstan da İrandakı səfirliyini Azərbaycana köçürüb

SİYASƏT 19 iyun 2025, 17:08
Bolqarıstan Tehranla İsrail arasında gərginliyin artması fonunda İrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini Azərbaycana təxliyə edib.

Reuters xəbər verir ki, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov məlumat verib.

Onun sözlərinə görə, qərar İsrailin sakinlərə Tehranıт üçüncü rayonunu tərk etməyi tövsiyə etməsindən sonra verilib. Məhz bu ərazinin yaxınlığında Bolqarıstan səfirliyi yerləşirdi.

“Bizim səfirliyimiz bu əraziyə yaxın ərazidə yerləşir və biz qərara gəldik ki, diplomatlarımız ölkəni tərk etsinlər. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, – Jelyazkov izah edib.

İrandan ümumilikdə 12 diplomat və onların ailə üzvləri təxliyə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top