Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsini evində ziyarət etmişdir — FOTOLAR

SİYASƏT 19 iyun 2025, 17:05
Şəhid ailələrinə qayğı göstərilməsi dövlətimiz və xalqımızın  qarşısında duran müqəddəs və mənəvi vəzifədir. Bu ailələrə ehtiram göstərilməsi, onların məsələlərinin dərhal və ilk növbədə həll olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş dövlət  siyasətimizin əsas tərkib hissəsidir. Bu qəbildən olan insanların problemləri hər zaman diqqət mərkəzində saxlanılacaqdır. 

Şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, həmçinin onların ailə üzvləri daima Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Onların problemləri diqqətlə araşdırılır, ilk növbədə bu problemlərin həll olunması üçün  mühüm tədbirlər görülür.    19 iyun 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri Birinci Qarabağ müharibəsində Murovdağ ətrafında gedən döyüşlər zamanı itkin düşmüş şəhid İbrahimov Zabil Əlipaşa oğlunun yaxınları ilə görüşmüşdür. Görüş zamanı rayon rəhbəri ailənin problemləri ilə maraqlanmış onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq əməkdaşlara öz tapşırıqlarını vermişdir.   

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.











 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top