Xəbər verildiyi kimi "BakuBus" MMC qadın sürücülər üçün vakansiya elan edib. Avtobus sürücüsü kimi işləmək istəyən 10 qadın qeyd edilən vakansiya üçün quruma müraciət etmişdi.
Maraqlıdır, hazırda avtobus sürücüsü kimi işləmək istəyən qadınların sayı artıb?
Məsələ ilə bağlı Bizim.Media -ya açıqlama verən "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki , BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasını da daim diqqət mərkəzində saxlayıb.
Ə.Əliyeva qeyd edib ki, vakansiyaya müraciət edənlərin sayında artım müşahidə olunur:
“Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. 15-dən çox xanım namizəd vakansiyaya müraciət edib”.
Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb:
“Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Artıq bir neçə qadın namizədlə ilkin mərhələ üzrə görüşlər keçirilib. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və BakuBus MMC-nin birgə təşəbbüsü ilə namizədlər “D” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə müvafiq sürücülük kursuna yönləndiriləcək. Kursu müvəffəqiyyətlə başa vurmuş şəxslər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək sürücülük vəsiqəsi əldə etdikdən sonra, “BakuBus” tərəfindən təşkil olunan praktik təlimlərə cəlb ediləcək və təlimləri uğurla tamamlayan namizədlər şirkətin marşrut xətlərində fəaliyyətə başlayacaqlar”- deyə Ə.Əliyeva bildirib
Ə.Əliyeva vakansiyanın hələ də aktiv olduğunu vurğulayıb.