Bu marşrut üzrə qatarların qrafiki dəyişir

SOSİAL 18 iyun 2025, 19:06
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edir.

Bu barədə Demokrat.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top