Son günlər bəzi özəl parklanma yerlərində qiymətlərin süni şəkildə artırılması sürücülər arasında ciddi narazılığa səbəb olub. Vətəndaşlar bildirirlər ki, xidmətin keyfiyyəti dəyişmədiyi halda tariflərin artırılması haqsızlıqdır və bu, onların gündəlik xərclərinə əlavə yük yaradır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, əgər qiymət artımı iqtisadi əsaslara söykənmirsə və bazar qaydalarını pozursa, bu, antinisasr hüquq pozuntusu hesab oluna bilər:
“Belə hallarla üzləşən vətəndaşlar Antinisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ünvanlaya bilərlər. Qaraj olmayan özəl parklanma yerlərində tətbiq olunan qaydalar mütləq şəkildə dövlətin parklanma ilə bağlı müəyyən etdiyi ümumi qanunvericiliyə uyğun olmalıdır.
Qısaca, özəl olsa belə, qaydalar dövlətin müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz. Bu sahədə özbaşına qiymət artımları vətəndaşların narazılığına səbəb olmaqla yanaşı, qeyri-bərabər xidmət imkanları yaradır. Bu istiqamətdə şəffaf və dövlət tərəfindən nəzarət edilən mexanizmlərin yaradılması vacibdir. Məqsəd vətəndaşların bərabər və ədalətli şəkildə xidmətlərdən yararlanmasını təmin etməkdir”.
Leyla Turan
Demokrat.az