Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı — Xəttə su doldurulur

SOSİAL 18 iyun 2025, 18:44
Hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.

Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və  hidroizolyasiya işləri aparılıb.

Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.  

Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas   vaxt aparan mərhələ - magistral kəmərin  boşaldılması və yenidən doldurulması mərhələləridir. 

Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.



İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top