"Ukrayna və Rusiya arasında müharibə baş verəndə həm ölkəmizə inşaat materiallarının gətirilməsində, həm də hər iki ölkədə olan bizim soydaşlarımız və onların biznesləri üçün problemlər yarandı. Bu dövrdə nəticədə daşınmaz əmlak qiymətləri bir çox hallarda hətta 1,5-1,7 dəfə yüksəldi. Bunu Ukrayna müharibəsindən əvvəlki qiymətlərlə indiki qiymətləri müqayisə edərək deyirəm. İnşaat materiallarında, işçi qüvvəsində bahalaşma baş verdi, qiymət artımı oldu. Həmin ölkələrdə yaşayan soydaşlarımız bizneslərini ölkəmizə transfer etdilər və daha çox investisiya daşınmaz əmlaka yönəldi.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
O bildirib ki, indi də İsrail və İran arasında müharibə gedir və bu da qiymətlərə ciddi təsir göstərəcək:
"Hələlik sərhədlərimiz bağlıdır, amma üçüncü ölkələr vasitəsilə ölkəmizə soydaşlarımızın axını mümkündür.
Hazırda daşınmaz əmlak bazarında cənublu soydaşlarımız, xüsusilə mənzil sektorunda 3 faiz paya sahibdirlər. Çünki qanuna görə xarici vətəndaşlar, hətta soydaşlarımız olsa belə, ölkədə torpaq mülkiyyəti hüququna malik deyillər, amma mənzil ala bilərlər.
Həm müharibə səbəbilə, həm də yay mövsümünə görə bu halların artacağını gözləyirik.
Yayda ölkəyə 50 mindən çox əcnəbi gəlir və onların çoxu Bakıda ev axtarır. Kirayə bazarında ciddi sıxlıq olacaq və bu, qiymət artımına səbəb olacaq".
Ekspertin sözlərinə görə bu kimi proseslərdə adekvatlıq var:
"Müharibə, mövsümi dəyişiklik səbəbindən hər dəfə 10-15% qiymət artım müşahidə edirik. Bu dəfə də təxminən 10% artım olacağını düşünürəm. Ona görə də valideynlərə çağırış edirəm ki, tələbələr üçün daha tez mənzil tapsınlar.
Eyni zamanda müvafiq dövlət qurumları və sahibkarları tələbələrin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yataqxanalar və kampusların inşasına dəvət edirəm. Çünki bu artım təhsilə zərbə vuracaq".
Əfsanə Kamal
Demokrat.az