Artıq yay tətili başlayıb. İnsanlar şəhərdən regionlara istirahətə gedirlər. Regionlarda nəqliyyat problemi Azərbaycan üçün daim səciyyəvi problemlərdən biri olaraq qalır.
Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bölgədə taksiyə təlabat, Bakı ilə müqayisədə daha azdır:
“Bu da taksi şirkətlərinin orada işləməyi iqtisadi cəhətdən sərfəli görməməsinə səbəb olur. Bölgədə gediş haqqının aşağı olması ilə yanacaq, təmir, xidmət ilə bağlı xərclər arasında tarazlığı qorumaq çətindir. Bakı ilə müqayisədə bölgədə gediş qiyməti daha ucuzdur, lakin işləmə xərcləri ilə gəlir arasında ciddi disbalans yaranabilir.
Bölgədə daha çox qeyri-formal taksi yəni şəxsi avtomobili ilə sərnişin daşıyanlar fəaliyyət göstərir. Bu da rəsmiləşdirilmiş taksi xidmətlərinin yaranmasına mane olur. Bütün bunlara baxmayaraq, bütün rayonlarda qısa nömrəli taksilər fəaliyyat göstərir”.
Leyla Turan
Demokrat.az