"Piyadanın ölümü ilə nəticələnən qəza halında avtobus sürücüsü sərbəst buraxıla bilər. Əvvəla günahın kimdə olması araşdırılır. Ola bilər ki, qəzada piyadanın ölümündə elə piyadanın özünün günahı var və avtobus sürücüsü tam günahsız olsun. Hətta avtobus sürücüsünün günahı olsa belə, bunu dərhal müəyyən etmək mümkün deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
Vəkil bildirib ki, yekun olaraq hər şey məhkəmə qərarı ilə müəyyən edilir:
"Belə hallarda avtobus sürücüsünün dərhal həbs edilməsi də vacib deyil. Ümumiyyətlə, xarici təcrübəyə əsasən, həbs o halda verilir ki, adam günahı bilə-bilə törədir.
Yol hərəkəti qəzaları bir qayda olaraq ehtiyatsızlıqdan baş verən haldır. Bu adamın cəmiyyət üçün təhlükəsi yoxdursa, niyə onu dərhal həbs etsinlər? Bəlkə nəticədə onun günahsız olduğu müəyyən ediləcək?
Son nəticədə qərarı yaranan şəraitə görə məhkəmə verir".
Qeyd edək ki, Bakıda bir neçə gün öncə piyada ölümü ilə nəticələnən avtobus qəzası baş verib. Vətəndaşlar sürücünün həbs edilməməsi ilə bağlı "haştaq" yaradıblar.
Əfsanə Kamal
Demokrat.az