Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək

İQTİSADİYYAT 18 iyun 2025, 17:58
Göygöl Rayon İcra Hakimiyyəti "Highlight Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Demokrat.az xəbər verir ki, şirkət İcra Hakimiyyətinin "bir sıra tədbirlərin keçirilməsi" ilə bağlı tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 140 745,8 manatdır.

İcra Hakimiyyətinin hansı tədbirləri keçiriəcəyi barədə bilgi yoxdur. Tenderin şərtlərində də bu barədə heç bi qeydə rast gəlinmir. 

"Highlight Group" MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı Hüseynov Elnur Həsən oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. (Qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top