Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, bu istiqamətdə son illərdə reallaşdırılan yeniliklərin əhəmiyyətindən bəhs edilib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğı hazırda da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən səhiyyə sistemində həyata keçirilən məqsədyönlü islahatlar və qoyulan genişmiqyaslı investisiyalar sayəsində bu sahə müasir standartlara uyğun olaraq daim təkmilləşdirilir, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti ildən-ilə yüksəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.
Ölkəmizdə əhalinin yüksəksəviyyəli tibbi xidmətlə təmin olunması sahəsində Mərkəzi Gömrük Hospitalının kollektivinin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.
Tədbirin yekununda Mərkəzi Gömrük Hospitalının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.