Ukrayna məğlub olsa, Rusiya bu ölkələrə hücum edə bilər — AÇIQLAMA

GÜNDƏM 17 iyun 2025, 13:15
“Avropada da müəyyən parçalanmış fikirlər var: Slovakiya, Macarıstan kimi ölkələr Kiyevə yardımı dəstəkləmir. Lakin Avropanın aparıcı ölkələri başa düşür ki, Kiyevin Rusiyaya güzəştə getməsi, onun şərtlərini qəbul etməsi müharibəni sadəcə qısa müddət üçün dayandıracaq. Bu, Rusiyanın iştahını artıraraq, növbəti dəfə Şərqi Avropaya, Baltikyanı ölkələrə təcavüzünə səbəb ola bilər. Bunu Aİ ölkələri bir təhlükə olaraq görür.”

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, Aİ bu gün özünü müdafiə etmək üçün əvvəlcə Ukraynanı müdafiə edir, Avropanın təhlükəsizliyini Ukrayna ilə bir bütün olaraq görür:



“Ukraynanın hərbi istehsal müəssisələrinin artırılması ilə bağlı ciddi işlər görürlər. Əsas strateji silahlar Ukraynada istehsal olunmalıdır. Bu, Ukraynanın Rusiya qarşısında dayanıqlılığını artıracaq. Uzunmənzilli silahlar Ukraynanın özündə istehsal edilsə, Kiyev Rusiyanın dərinliklərini vurmaq imkanına malik olacaq. Bu da Rusiyanı sülhə məcbur edəcək. Hazırda danışıqlar sadəcə görüntü xarakterlidir, nəticəyönümlü deyil.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top