Azərbaycanda ümumilikdə 9 iqtisadi rayon üzrə 13 bölgədə məhsul festivallarının keçirilməsi nəzərdə tutulur. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib. Bu festivallar iyun ayından start götürüb noyabr ayına qədər davam edəcək. İlk məhsul festivalı Samux rayonunda baş tutacaq.
Bununla bağlı Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, dünyada bu festivallardan turizmin inkişafı üçün istifadə edilsə də, ölkəmizdə təşkilatçılıq cəhətdən problemlər var:

“Dünyanın bir çox ölkələrində məhsul festivallarından müxtəlif məqsədlər üçün istifadə edirlər. Nə qədər qəribə səslənsə də, bu çox vaxt aqrar sektor üçün olmur. Bu daha çox turizm üçün nəzərdə tutulur. Məsələn, İspaniyanın kiçik bir şəhərində hər il pomidor festivalı keçirilir və bu, 200-250 min turisti ora cəlb edir. İtaliyada şərabçılıq festivalları keçirilir və s.
Azərbaycanda da buna bənzər addımlara cəhdlər olur - Göyçayda nar festivalı, Şamaxıda üzüm vestivalı keçirilir. Bunun həm aqrar, həm də turizm sektoruna dəstək olması gözlənilir. Amma təəssüf ki, təşkilatçılıq cəhətdən qət etməli olduğumuz yol var. Bu hələ nə aqrar, nə turizm sektorunda irəliləyişə nail olmağa imkan vermir.
Market şəbəkələri ilə fermlerlər arasında müqavilələr bağlana bilər, dövlət bunun üçün müəyyən güzəştlər tətbiq edə bilər. Turizm cəlbi üçün bundan istifadə etmək mümkündür. Doğrudan da dövlət buna maliyyə ayırırsa, formal xarakter daşımamalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az