Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb. Azərbaycan bu sıralamada 100-cü yerdədir. Reytinq sıralamasında Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar (1.003 AZN) hesablandığı qeyd olunub. Rusiyada $0,45 dollar, Ukraynada $0,36, Ermənistan və Belarusda $0,33, Tacikistan və Özbəkistanda $0,3, Qırğızıstanda isə 0,23 dollardır ki, bu da MDB-də ən aşağı göstəricidir. Bu nəticələrə nəzər saldıqda region ölkələri arasında ən baha taksi xidmətinin Azərbaycanda göstərildiyi aydın görünür.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamaında deyib ki, mövcud vəziyyətə əsaslanaraq, paytaxtın nəqliyyat yükünün yalnız bir nəqliyyat növü üzərində qurulmaması, əvəzində multimodal modelə keçid edilməsi vacib sayılır:
“Şəhərin nəqliyyat sistemində relsli nəqliyyat metro və yüngül relsli sistemlər əsas yükü daşımalıdır. Bu, təkcə sərnişin axınının effektiv idarə olunması deyil, həm də karbon emissiyalarının azaldılması baxımından vacib hesab olunur. Metroya alternativ olaraq tramvay və ya şəhərdaxili relsli sistemlərin də inkişafı gündəmdədir. Piyada və mikromobillik infrastrukturuna ciddi ehtiyac var. Bakı şəhərində piyada yollarının və mikromobillik vasitələrinin velosiped, skuterlər və digər kiçik həcmli nəqliyyat vasitələrinin təhlükəsiz və rahat istifadəsi üçün infrastrukturun genişləndirilməsi tələb olunur. Bu sahədə həm yol şəbəkəsinin planlanması, həm də ictimai yerlərin dizaynı əsas rol oynayır. Hazırda Bakı şəhərindəki avtobus şəbəkəsi qeyri-bərabər yüklənmiş vəziyyətdədir. Avtobus marşrutlarının optimallaşdırılması, intervalların azaldılması və avtobusların keyfiyyətinin artırılması ictimai nəqliyyatın rəqabətə davamlı olmasını təmin edə bilər. Bununla yanaşı, vahid ödəniş sisteminin tətbiqi, marşrut planlayıcı mobil tətbiqlər və real vaxtda məlumat təminatı sərnişinlərin məmnuniyyətini artıracaq əsas texnoloji addımlar kimi göstərilir”.
Ekspert əlavə edib ki, taksi xidmətləri ilə bağlı əsas narahatlıqlar baha qiymətlər, qeyri-rəsmi daşıyıcılar və sistemsizlik bu sahənin yenidən strukturlaşdırılmasını zəruri edir:
“Təklif olunan həllər arasında kvotalı lisenziya sistemi, keyfiyyət standartlarının tətbiqi və sərnişin təhlükəsizliyinin təminatı yer alır. Həmçinin, taksi bazarı ictimai nəqliyyata rəqib deyil, onu tamamlayan bir xidmət kimi qurulmalıdır. Mobillik planlarının tərkib hissəsi kimi elektrikli nəqliyyat vasitələrinin xüsusilə elektroavtobusların tətbiqi təklif olunur. Bu həm Bakıdakı hava çirkliliyini azaltmaq, həm də yaşıl şəhər strategiyasını reallaşdırmaq baxımından vacib hesab edilir. Ekoloji uyğunluq nəqliyyat planlaşdırmasında artıq əsas amil kimi çıxış edir. Yeni yaşayış massivləri, ticarət mərkəzləri və sosial obyektlər layihələndirilərkən onların nəqliyyat şəbəkəsinə uyğun şəkildə salınması tələb olunur. Planlaşdırılmamış genişlənmə nəqliyyat yükünü artırır, tıxac və səmərəsizlik yaradır Mobillik planları yalnız texniki sənədlər deyil, həm də sosial razılaşma tələb edir. Bunun üçün vətəndaşların fikirlərinin toplanması, maarifləndirici kampaniyalar və ictimai iştirak mexanizmlərinin gücləndirilməsi ön plana çıxarılır. Sakinlərin nəqliyyatda aktiv rol alması həm sistemin qəbulunu, həm də davamlılığını artırır. Mobillik yalnız nəqliyyat deyil bu, şəhərin gələcəyidir. Bakı və digər iri şəhərlərdə mobillik təkcə avtomobil və ictimai nəqliyyatdan ibarət deyil. Bu, sosial ədalət, iqtisadi səmərəlilik və ekoloji tarazlıq kimi məsələləri də özündə birləşdirən kompleks yanaşma tələb edir. Hazırda işlənən 5 illik şəhər mobilliyi planı mühüm başlanğıcdır. Amma onun real tətbiqi, monitorinqi və mərhələli olaraq icrası şəhərin gələcək yaşanabilirliyini müəyyən edəcək əsas faktordur”.
Leyla Turan
Demokrat.az