
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Demokrat.az xəbər verir ki, dövlət başçısı bu münasibətlə sosial şəbəkədə paylaşım edərək səmimi arzularını bildirib.
"Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ürəkdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram", - R.T.Ərdoğan yazıb.