İmişlidə güllələnmə hadisəsi olub

KRİMİNAL 14 iyun 2025, 17:30
İmişli sakini həmyerlisi tərəfindən odlu silahla güllələnərək öldürülüb.

Demokrat.az  AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Sabir Fətəliyev küçəsində qeydə alınıb.

İmişli sakini Səxavət Qəhrəmanov öz qonşusu Elşən Hüseynov tərəfindən odlu silahla qətlə yetirilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İmişli rayon şöbəsi üzrə təhvil verilib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top