İnsanları saatlarla tıxacda saxlayan təmir nə ilə əlaqədardır? — AÇIQLAMA

GÜNDƏM 13 iyun 2025, 16:07
Binəqədi şossesində davam edən təmir işləri günlərdir həmin istiqamətdə dəhşətli tıxacın yaranmasına səbəb olur. Xüsusən Novxanı, Pirşağı, Fatmayı, Görədil kimi kəndlərə avtobuslar Azadlıq metrosundan məhz bu istiqamətdə getdiyi üçün tıxac sakinlərin narazılığına səbəb olub. Təxminən 10 gündür ki, insanların işdən çıxdığı 5-6 radələrindən saat 10-11-ə qədər dəhşətli sıxlıq davam edir. 

Demokrat.az sözügedən təmirin nə ilə əlaqədar olduğunu öyrənmək üçün Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladı, verilən məlumat isə belə oldu:

“Bildirmək istəyirik ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və  texniki şərtlərə əsasən, qeyd etdiyiniz ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alaraq yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülmüşdür”.
Verilən məlumata görə, təmirin nə zaman yekunlaşacağı isə məlum deyil.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top