Ərdoğandan İrana hücuma REAKSİYA

DÜNYA 13 iyun 2025, 16:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İran ərazisinə zərbələr endirməsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, Türkiyə lideri bu barədə “X” hesabında paylaşım edib. 

“İsrailin qonşumuz İrana qarşı həyata keçirdiyi hücumlar beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. Yaxın Şərqdə artıq qan, dağıntı və qarşıdurma görmək istəmədiyimizi bir daha bildiririk”, - deyə Ərdoğan qeyd edib. 

O, həmçinin hücum zamanı həlak olanlarla bağlı İran xalqına başsağlığı verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top