Ölkəyə gətirilən 8 milyon həşərat hansı sahədə istifadə oluna bilər? — AÇIQLAMA

GÜNDƏM 13 iyun 2025, 14:58
"Bitkiçilikdə həşəraktların olması olduqca zəruridir. Həşəratlar ziyanvericilərə qarşı mübarizədə istifadə edilir. Ölkəyə 8 milyon həşəratın kimi gətirməsi haqqın məlumat olmasa da, onu deyə bilərəm ki, həşəratlar olmasa bitkilər aləmi də məhv olar".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

"Həşəratlardan müyyən ziyanvericilər ilə mübarizədə, həm də bitkilərin tozlanmasında istifadə edilir. Digər nüanslar barədə hər hansı açıqlama verilməyib. Alimlər, kənd təsərrüfatı mütəxəssisləri ehtiyac duymasaydı xaricdən həşəratların gətirilməsinə icazə verilməzdi. Zəruri olmasaydı bu həşəratlar ölkəyə gətirilə bilməzdi".


Qeyd edək ki, rəsmi məlumatlara görə, ölkəyə 8 milyon 509 mindən çox həşərat gətirilib və bu rəqəm istər adi vətəndaşlarda, istərsə də ekspertlər arasında ciddi maraq doğurub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top