BMT İsraillə İrana ÇAĞIRIŞ ETDİ

DÜNYA 13 iyun 2025, 09:25
BMT-nin baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.

Demokrat.az xəbər verir ki, bu barədə BMT rəhbərinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.

"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin bölgəyə hücumlarından narahatdır. Baş katib BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etmək üçün BMT-yə üzv dövlətlərin məsuliyyətini xatırladır", - bəyanatda deyilir.

“Baş katib hər iki tərəfdən maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa-olsun eskalasiyadan qaçmağı xahiş edir”, - deyə Haq bildirib.

Bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirdiyini bəyan etmişdi. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədini İranın nüvə proqramını pozmaq adlandırıb və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top