Mariya Zaxarova Rusiya bazasının Ermənistandan çıxarılmasının mümkünlüyündən danışıb

DÜNYA 11 iyun 2025, 17:29
Rusiya hərbi bazasının Ermənistan ərazisindən mümkün çıxarılması ilə bağlı rəsmi İrəvandan siqnallar daxil olmayıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova qeyd edib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəldikdə, onun mümkün çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almamışıq.

"Respublikanın rəsmi şəxsləri, o cümlədən ictimai şəkildə, bu cür məsələlərin gündəmdə olmadığını təsdiqləyirlər”, – deyə diplomat qeyd edib.

“İrəvanda anlayırlar ki, Rusiya hərbi mövcudluğu həm Ermənistanda, həm də bütün Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının mühüm elementidir. Bazanın yerləşdirilməsi və onun fəaliyyəti Ermənistan və Rusiya arasında müvafiq ikitərəfli sənədlərlə tənzimlənir”, – Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top