Çində bu oyuncaq 150 min dollara satıldı

DÜNYA 11 iyun 2025, 09:23
Pekində keçirilən hərracda nadir Labubu oyuncağı 150 min dollara satılıb.

Demokrat.az xəbər verir ki, satılan yumşaq oyuncaq standart yox, yalnız bir ədəd mövcud olan kolleksiya nümunəsidir. Hündürlüyü 131 sm olan Labubu firuzəyi rəngdə hazırlanıb.

Hərracda bununla yanaşı, digər nadir Labubu modelləri də təqdim olunub. Onlardan biri olan 160 santimetrlik qəhvəyi oyuncaq 114 min dollara satılıb. Bildirilir ki, bu tip oyuncaqdan dünya üzrə yalnız 15 ədəd var.

Labubu fiqurlarının populyarlığı bu ilin yazında sürətlə artıb. 2025-ci ilin may ayının ilk iki həftəsində, "Wildberries" onlayn satış platformasında Labubu məhsullarının satışı 31 min dolları keçib.

Artan maraq fonunda, Çin hakimiyyəti yerli banklara Labubu oyuncaqlarını hədiyyə vəd edərək yeni müştəri cəlb etməyi qadağan edib.

Mütəxəssislər bu oyuncağın artıq sadəcə kolleksiya əşyası deyil, status simvolu və investisiya obyekti olduğunu vurğulayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyun 2025, 17:24
Top