Ermənistanın siyasi sferasında Baş nazir Nikol Paşinyana qarşı mübarizə günü-gündən güclənir. Məlumata görə, artıq Paşinyana etimadsızlıq prosesi başladılıb.
Mövzu ilə bağlı Demokrat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda seçkiqabağı siyasi gərginlik dərinləşir:
“Kilsə ilə hökumət arasında qarşıdurma daha da kəskinləşib. Bir tərəfdə parlamentdə Respublikaçılar və “Şərəfim var” siyasi bloku dayanır, digər tərəfdə isə baş nazir Nikol Paşinyan var. Qarşıdan gələn seçkilərlə bağlı görünür ki, kilsə və müxalifət, o cümlədən keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçaryan Nikol Paşinyanın hakimiyyətdən devrilməsi istiqamətində birləşiblər. Nikol Paşinyan isə bu ittifaqlara qarşı sərt hücumlar edir. O, kilsəyə qarşı tənqidlər səsləndirir, Levon Ter-Petrosyanı “xain”, Robert Köçaryanı və onun tərəfdarlarını korrupsioner və seçki saxtakarı adlandırır, Seyran Ohanyana qarşı cinayət işi qaldırılıb”.
Politoloq əlavə edib ki, proses getdikcə qarşılıqlı hücumlar mərhələsindədir:
“Paşinyanın hazırda hələ də güclü mövqeləri var, lakin müxalifət və kilsəyə Rusiyanın ciddi dəstək verdiyi müşahidə olunur. Mənə görə, xalq bu qarşıdurmada Paşinyanı dəstəkləyəcək, amma əvvəlki seçkilərdəki qədər rahatlıqla qalib gəlməsi çətin olacaq. Proses Paşinyan üçün ağır keçəcək, lakin mən hesab edirəm ki, onu devirmək mümkün olmayacaq”.
Leyla Turan
Demokrat.az