“Mədəniyyət sahəsində vergi güzəştlərinin tətbiq olunması bu sektorun inkişafına dövlət dəstəyinin ifadəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, vergi güzəştləri həm vətəndaşları bu sahənin xidmətlərindən istifadə etməyə stimullaşdıracaq, həm də bu sektoru bir sıra xərclərdən azad etməklə büdcələrin formalaşmasına dəstək olacaq:

“Belə ki, nağdsız hesablaşmalara görə ƏDV-nin geri alınmasının bu sahəyə tətbiqi, digər ticarət sahələrində olduğu kimi, vətəndaşların biletlərə verdikləri vəsaitlərin müəyyən bir hissəsinin geri qaytarılmasına imkan verəcək.
Bu sektorun torpaq vergisindən tam azad olunması və mənfəət vergisinə tətbiq olunan güzəştin 75 faizdən 90 faizə artırılması bu sahənin inkişafına töhfə verəcək.
Mədəniyyət sahəsinə gəlir gətirən sahə kimi yox, daha çox mədəniyyətimizi yaşadan və inkişaf etdirən sahə kimi yanaşılmalıdır. Vergi güzəştlərinin tətbiqi mədəniyyətin inkişafına yanaşmanın daha doğru olduğunun göstəricisi hesab edirəm”.
Xatırladaq ki, "Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda yeni vergi güzəştləri qüvvəyə minəcək. İyulun 1-dən etibarən teatr tamaşaları, kinofilm nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi xidmətlər üçün nağdsız formada edilən ödənişlər zamanı ƏDV-nin 50 faizi ("ƏDV cashback") alıcılara geri qaytarılacaq.
Bundan əlavə, mövcud qanunvericilikdə güzəşt hüququna malik subyektlərin sayı 1-dən 5-ə artırılıb. Güzəşt siyahısına teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib.
Cavidan Mirzəzadə
Demokrat.az