Milli Kitabxanada Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan görkəmli bəstəkar Telman Hacıyevin anadan olmasının 95-ci il dönümü ilə əlaqədar “Əməkdar incəsənət xadimi Telman Hacıyev – 95” adlı kitab sərgisi açılıb.
Kitabxanadan Demokrat.az-a verilən məlumata görə, sərgidə bəstəkarın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Xatırladaq ki, görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Telman Hacı oğlu Hacıyev 1930-cu il iyunun 9-da Gəncə şəhərində anadan olub. O, 1958-1964-cü illərdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında "Musiqi bəstəkarlığı" ixtisası üzrə təhsil alıb.
Bəstəkarın yaradıcılığında uşaq mahnıları xüsusi yer tutur. Onun bəstələdiyi uşaq mahnıları tematik cəhətdən rəngarəngdir. Onlar ölkə məişətini ("Balaca neftçi"; sözlər R. Zəka), təbiətə məhəbbəti ("Üzüm bağında" və "İt"; sözlər M. Seyidzadə), uşaqların həyatını ("Gizlənpaç", sözlər M. Seyidzadə; "Uşaqlıq"; "Mənə balaca demə", sözlər R. Zəka; "Mən at çapıram", sözlər M. Alyayyev) əks etdirir.
Telman Hacıyev 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib, kompozisiyalar yazıb.
“Abşeron nəğməsi”, “Arazım”, “Lalələr”, “Bənövşə bəndə düşə”, Əlvida”, “Göygöl”, “Gözəl dünya”, “Dağlar qızı”, “Qonşu olmaq istəmirəm”, “Sənin üçün”, “Tələbəlik illəri”, “Ellər gözəli”, “Ay dərdim, dərmanım” və s. yazıb-yaratdığı neçə-neçə mahnılar dillər əzbəridir. 2 №-lı simli kvartet, Fortepiano üçün sonatina, Fortepiano və orkestr üçün Poema, Skripka və fortepiano üçün poema və s. instrumental əsərlərin müəllifidir.