Zaman-zaman bir çoxlarımız marketlərdə etiket üzərində olan qiymətlə kassadakı qiymətin fərqli olduğuna şahid olmuşuq. Böyük məbləğdə alış etdikdə bu fərq diqqət cəlb etmədiyi üçün vətəndaşlar xəbərsiz qalır. Bir çoxları isə ümumiyyətlə hara müraciət etməyin lazım olduğunu bilmir.
Tanınmış vəkil Turan Abdullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu qayda pozuntusu qiymət intizamının pozulmasının 445-ci maddəsi ilə tənzimlənir.
"445.1-ci maddəyə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
445.2-ci maddəyə əsasən Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə -
min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir".
Qeyd edək ki, bir çox böyük marketlər zincirinın qiymət baxımından vətəndaşı aldatdığı ortaya çıxıb.
Əfsanə Kamal
Demokrat.az