
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) kütləviliyi təmin etmək məqsədilə aparılan işlər çərçivəsində Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.
Demokrat.az xəbər verir ki, “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb.
Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüb.
Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, AKAF uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.








