Bu həftə 4 gün iş OLMAYACAQ — TARİXLƏR

SOSİAL 02 iyun 2025, 11:21
Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Demokrat.az xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.

Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür. 
 
Qanunvericiliyə əsasən, 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi – 9 iyun tarixi də istirahət günü hesab olunur.

Beləliklə beşgünlük iş həftəsində çalışanlar üçün iyunun 6-dan başlayaraq 4 gün ardıcıl iş olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top