Avstraliyada "meymunçiçəyi"nin yeni ştamı tapıldı

DÜNYA 30 may 2025, 16:04
Avstraliyada ilk dəfə olaraq mpox (meymunçiçəyi) xəstəliyinin yeni variantı - "Clade 1b" aşkar edilib.

Oxu.Az-ın SBS telekanalına istinadla verdiyi məlumata görə, xəbər rəsmi olaraq ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) tərəfindən təsdiqlənib.

Virus Tailanddan istirahətdən qayıdan bir kişidə aşkarlanıb.

CDC bu hadisə ilə bağlı ötürülmə riskini və ştamın Avstraliyada yayılması təhlükəsini aşağı qiymətləndirib.

"Bütün yoluxma halları ştat və ərazi səviyyəsində ciddi nəzarətdədir. Hazırlıq planlarımız var və zərurət yaranacağı təqdirdə sürətli şəkildə reaksiya verə biləcəyik", - deyə qurumdan bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top