"Vergi, sığorta və sosial ödənişlər hər bir vətəndaş və müəssisə üçün qanunla müəyyən edilmiş maliyyə öhdəlikləridir. Lakin bəzən bu ödənişlərdən yayınma halları baş verir. Bu cür hallar isə qanunvericilikdə müxtəlif məsuliyyət növləri ilə əhatə olunub".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib.
Vəkil bildirib ki, əgər şəxs 50.000 manatdan az vergi və sosial ödənişləri ödəməyibsə, bu artıq inzibati xəta sayılır:
"Qanuna görə, belə hallarda həmin şəxsə ödənilməmiş məbləğin 30–70 faizi qədər cərimə tətbiq olunur. Maraqlıdır ki, əgər bu hal ilk dəfə baş veribsə və şəxs ziyanı tam ödəyibsə, qanun onu *inzibati məsuliyyətdən azad edə bilər. Bu yanaşma həm inzibati yüklənməni azaldır, həm də vətəndaşa islah olunmaq üçün bir şans verir".
Onun sözlərinə görə, məsələnin digər tərəfi də var:
"Əgər borc xeyli miqdarda, yəni 50.000 manatdan yuxarı, lakin 200.000 manatdan azdırsa, bu artıq cinayət məsuliyyəti doğurur. Belə hallarda, şəxsə ziyanın 2–3 misli qədər cərimə və ya 2 ilə qədər islah işləri, hətta 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.Bundan əlavə, şəxsin müəyyən vəzifələri tutması və fəaliyyətlə məşğul olması da məhdudlaşdırıla bilər. Bu isə göstərir ki, maliyyə öhdəliklərinə laqeyd yanaşmaq hüquqi baxımdan ciddi nəticələrə gətirib çıxara bilər.Bu yanaşma təkcə cəzalandırma məqsədi daşımır, həm də vergi və sosial öhdəliklərin icrasını stimullaşdırmaq üçün tətbiq olunur. Əgər sistemli və ardıcıl nəzarət tədbirləri gücləndirilsə, həm dövlət gəlirləri artır, həm də vətəndaşlar hüquqi təhlükəsizliyə daha çox əməl etməyə meyilli olarlar".
Əfsanə Kamal
Demokrat.az