Emin İsgəndərovdan ən yüksək nəticə

SOSİAL 27 may 2025, 17:54
2024-2025-ci tədris ilində 9 mart 2025-ci il tarixində DİM tərəfindən keçirilən buraxılış imtahanından Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdi İsgəndərov Emin Cabir oğlu bütün sualları doğru cavablayaraq 300 bal maksimum nəticə göstərmişdir.Təhsil aldığı 11 il ərzində hər il əlaçı adına layiq görülmüşdür.Hazırkı qiymətləri də əla olduğundan liseyi tam orta təhsil haqqında fərqlənmə attestatı ilə bitəcəyini düşünür.Xatırladaq ki, 9-cu sinifdə də buraxılış imtahanından 278 bal topladığı üçün ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüşdür.

7-ci sinifdə oxuyarkən fizika fənni üzrə RFM-də iştirak edərək gümüş medala, 8-ci sinifdə oxuyarkən İstedadlı şagird kimi 9-cu sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında final mərhələsinə qədər yüksəlmiş, 9-cu sinifdə isə Astronomiya olimpiadasında da gümüş medala layiq görülmüşdür.

11-ci sinifdə oxuyarkən şagirdlər arasında keçirilən "əlaçı"verilişində də iştirak edib. Blok imtahanından yüksək nəticə əldə edib  E. İsgəndərov Azərbaycan Tibb Universitetinə qəbul olmaq arzusundadır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top