"Dünən axşam saatlarında İran mediası məşhur ruhani Qulamrza Qasimiyanın Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı həbs olunduğu barədə məlumat yayıb. Xəbəri ilk dərc edənlər sırasında olan yarımrəsmi "Mehr" informasiya agentliyi ruhaninin həbsinin Səudiyyə Ərəbistanındakı vəziyyətin tənqidinə həsr olunmuş videosunun yayılmasından sonra baş verdiyinə diqqət çəkib və əlavə edib ki, Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanları tərəfindən saxlandıqdan sona Qasimiyanın durumu barədə heç bir məlumat yoxdur".
Demokrat.az -ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.
Bildirilib ki, çox keçmədən sözügedən video da İran saytları və sosial şəbəkələrində paylaşılıb və geniş reaksiyalar doğurub.
"1 dəqiqə 40 saniyə davam edən həmin videoda Mədinədəki Peyğəmbər məscidinin qarşısında dayanan Qasimiyan Səudiyyə Ərəbistanı hakimiyyətinin ünvanına sərt tənqidlər səsləndirərək deyib:
"Bundan sonra əylənmək məqsədilə Antalyaya getmək istəyənlər Məkkə və Mədinəyə səfər edə bilərlər, çünki qibləni qəsb edib ondan pul qazananlar bunun üçün hər cür şərait yaradıblar: qumarxanalar, əxlaqsızlıq yuvaları, bayağı konsertlər - hamısı hazırdır! Əməvilərin tutduğu işlər burada bərpa olunmaqdadır. Burada baş verənlər təbii deyil, azğınlıq deyil, azğınlığa şüurlu can atmaqdır".
Ruhani daha sonra İran-Səudiyyə Ərəbistanı əlaqələrinə toxunaraq həmvətənlərinə müraciətlə bildirib:
"Diplomatik təmaslara aldanmayın! Təzyiqlər qorxulu həddədir, hətta zəvvarların həcc maarifini anlamasına da imkan vermirlər".
Açıqlamasının sonunda Qasimiyan bütün bu baş verənlərin zühurun əlaməti olduğunu, imam-zamanın gələrək qibləyə sahib çıxacağını göstərdiyini bəyan edib".
Ətraflı süjetdə: