“Mən alim axtarmıram, narkoman axtarıram” — Nail Kəmərli

SOSİAL 28 may 2025, 18:25
“Əvvəl mənə 20-40 nəfər narkoman müraciət edirdisə, artıq  müraciətlər yox dərəcəsindədir. Bu sevindirici haldır”.

Demokrat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında teleaparıcı Nail Kəmərli (Babayev) bildirib. O, sosial şəbəkədə yazdığı narkoman elanı ilə bağlı söz-söhbətlərə belə aydınlıq gətirib:

“Mənim məqsədim real insan hekayələri üstündə gəncləri maarifləndirməkdir. Bunu öncədən qeyd etmişəm. Sosial şəbəkə üzərindən bu elanı vermişəm ki, camaat real insan hekayələrinə daha çox inanır. Hər hansı müəllim, psixoloq çıxıb danışanda elə də inandırıcı olmur. Amma o adam ki bu bəlanın qurbanı olub izləyicilərə daha maraqlı olur. Ümumiyyətlə maarifləndirmədə real hekayələr daha effektivdir. Bu özünü təcrübədə göstərib.  

Bu elandan sonra həm mənfi, həm də müsbət rəylər alıram. Mənfi o cəhətdən ki, deyirlər, sən onlara narkotik pulu verirsən. Müsbət yanaşanlar qeyd edir ki, narkomanların sayı çəkilişlərdən sonra daha da azalıb və artıq tapa bilmirsən, o gün olsun heç tapa bilməyəsən. Fikirlər müxtəlifdir və hamısına hörmətlə yanaşıram.

Mən həmin elanı başa düşülən dildə yazmışam. Çünki narkomanların əksəriyyəti ali təhsili olmayan şəxslər olur. Mən alim axtarmıram ki, elmi dərəcədə yazı yazım. Yolpulu və yemək pullarını qarşılamaq üçün yazılan məbləği təklif edirəm”. 

N.Kəmərli ona müraciət edən narkomanların müalicəsinə kimin yardım etdiyinə də açıqlayıb:

“Onların müalicəsi özəl realibitasiya mərkəzlərində həyata keçirilir. Əgər mən çəkdiyim narkotik istifadəçilərinə çəkilişdən sonra yardım etmək üçün xeyirxah insanlar çıxarsa müalicələrinin ödənişi qarşılanır. Əks halda həmin mərkəzlər özəl olduğu üçün müəyyən məbləğ tələb edilir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top