28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 28 May tarixini xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvolu adlandırıb, Cümhuriyyətin dövlətçilik tariximizdə rolundan danışıb. Direktor qeyd edib ki, yalnız 1991-ci ildə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dərin zəkası sayəsində mümkün oldu, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil inkişaf yolunda böyük uğurlara imza atır, siyasi və iqtisadi cəhətdən güclənir, beynəlxalq nüfuzu durmadan artır.
Mərkəzi Elmi Kitabxananın öz fəaliyyətində milli yaddaşın qorunmasına, elmi biliklərin, vətənpərvər ruhda tədqiqatların mühafizə edilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran H.Hüseynov bu tarix münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Daha sonra MEK-in Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva, Rəqəmsallaşma, İnnovasiya və elektron xidmətlər üzrə direktor müavini tar.ü.f.d. Oruc Quliyev, Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyeva, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Zəfərdən, Azərbaycan Bayrağının işğaldan azad edilən ərazilərdə dalğalanmasından, o cümlədən Azərbaycanın hərtərəfli inkişaf strategiyasından danışıblar.
Tədbirdən sonra iştirakçılar MEK-in Sərgi salonunda eyniadlı sərgi ilə tanış olublar.