2025–2026-cı tədris ili üçün Bakı şəhəri və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilie. Lakin bu ilki prosesdə mühüm dəyişiklik baş verib: əvvəlki illərdən fərqli olaraq yalnız 6-cı sinif şagirdlərinin qəbul olunacağı elan edilib.
Bu xəbər minlərlə valideyn, müəllim və şagirdin ciddi narahatlığına səbəb olub. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlərin qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəyi bildirilib. Rəsmi qaydalarda dəyişiklik qərarının səbəbi izah olunmayıb.
Qərar əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi...
Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri məsələ ilə bağlı bildirib ki, bu qərar nəinki gözlənilməz, eyni zamanda zərərli nəticələrə yol açacaq:
“Ötən gün minlərlə valideyni, müəllimi məyus edən xəbər yayıldı. İllərdir tətbiq olunan sistemdə 5-ci sinifdən etibarən lisey və gimnaziyalara qəbul edilən şagirdlər bu ildən bu imkandan məhrum olacaqlar. Qəbul sadəcə 6-cı sinif şagirdləri üçün olacaq. Bu, illərlə hazırlanmış tədris planlarını alt-üst edir. Uşaqlar və valideynlər sentyabrdan bəri hazırlıq prosesində idilər. Bəziləri artıq ikinci ildir ki, bu məqsədlə hazırlaşır. Bu qədər əziyyətin üstündən xətt çəkilir və heç bir səbəb göstərilmir”.

Ekspertin sözlərinə görə, bu cür dəyişikliklər ən azı əvvəlcədən ictimaiyyətə çatdırılmalı idi:
“Bu cür mühüm qərarlar sentyabr ayından elan edilməli idi. Ailələr övladlarını hazırlıq kurslarına göndərir, müəllimlər bu sahəyə yönəlir, uşaqlar aylarla zehni və fiziki güc sərf edirlər. Ən azı 9 ay vaxt sərf edən ailələr bu gün nə ilə qarşılaşdı? Yalnız 6-cı siniflərin qəbul ediləcəyi barədə lakonik bir elanla...”
Elmin Nuri onu da vurğulayıb ki, lisey və gimnaziyalara hazırlaşmaq təkcə qəbul üçün deyil, ümumiyyətlə, şagirdlərin intellektual inkişafı baxımından da mühüm rol oynayırdı:
“Lisey və gimnaziyalara hazırlıq məktəblərdə motivasiya və dirçəliş yaradırdı. Uşaqlar sadəcə qəbul üçün deyil, ümumi intellektual səviyyələrini artırmaq üçün hazırlaşırdı. Hətta qəbul ola bilməyən şagirdlər belə hazırlıq sayəsində məntiqi düşüncə, mətnlə işləmək və riyazi təfəkkür baxımından irəliləyiş göstərirdilər. Bu potensial indi havada qalacaq”.