Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən özü çıxış edəcək.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiya məsələlərinə yanaşması tənqid olunmaqdadır:
“Paşinyanın konstitusiyanı hüquqsuzlaşdırmaq, ya da qeyri-müəyyən şəkildə şərh etmək cəhdi ciddi hüquqi-siyasi ziddiyyət yaradır. İstənilən ölkədə beynəlxalq sənədlərlə konstitusiya arasında ziddiyyət olduqda, konstitusiya üstün sənəd sayılır. Hər hansı məhkəmə qərarı və ya beynəlxalq saziş konstitusiyadan və xalqın iradəsindən üstün ola bilməz. Əgər düz yol varsa, niyə dolayı yollar axtarılır? Əgər sülhə gedən ən qısa və açıq yol Azərbaycanla bağlı konstitusiyadakı iddiaların çıxarılmasıdırsa, niyə bu addım birbaşa atılmır? Hazırda Ermənistanda konstitusiya islahatları ilə bağlı müzakirələrin aparılması bu dəyişiklik üçün əlverişli şərait yaradır. Ermənistan rəhbərliyi bu fürsəti dəyərləndirməlidir. Əks halda, sülhə nail olmaq daha da çətinləşə bilər”.
Leyla Turan
Demokrat.az