Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalandı — FOTO

MƏDƏNİYYƏT 22 may 2025, 10:06
Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top