2026-cı ildə Ermənistanda baş tutacaq seçkilərə qədər Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağı məntiqli görünmür.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın təqdim etdiyi bütün şərtlər Ermənistan tərəfindən rəsmən qəbul olunub:
“Amma bu, sülh müqaviləsinin imzalanması üçün kifayət etmir. Çünki qəbul olunmuş şərtlərin reallaşdırılması lazımdır ki, müqavilə imzalansın. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından rəsmən imtina etməli, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət ünvanlamalıdır. Ermənistan isə şərtlərimizi qəbul etsə də, son iki bəndin icrasına tələsmir.
Təbii ki, bu, Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilərlə bağlıdır. Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı da bu məsələnin müzakirə olunduğunu hesab edirəm. Paşinyan seçkiyə qədər məsələlərə çox ehtiyatla yanaşır.
Ermənistandakı ictimai-siyasi vəziyyət də heç də Paşinyanın xeyrinə işləmir. Belə ki, Koçaryanın komandası yenidən aktivləşib və qarşıdan gələn parlament seçkilərində hakimiyyətə qayıtmaqda israrlıdır. Amma onlar heç nəyə nail ola bilməyəcəklər”.
Millət vəkili onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının seçkidən sonra baş tutacağı daha real görünür:
“Çünki Paşinyan seçkiyə qədər Konstitusiyada müvafiq dəyişikliyə getsə, ölkədə ona qarşı olan kütlə arta bilər və bu da qarşıdan gələn seçkilərdə onun mövqelərini zəiflədəcək. Bu baxımdan sülh müqaviləsinin seçkiyə qədər imzalanacağı məntiqli görünmür.
Sülh müqaviləsinin imzalanması Ermənistana Azərbaycandan daha çox lazımdır. Çünki Ermənistan blokada vəziyyətindədir. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün yeni bir nəfəslikdir.
Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana təzyiq etmək fikrində olmadığını hesab edirəm. Çünki biz sülh müqaviləsi imzalanmadan da yaşaya bilərik. Bizim bu müqavilədən asılılığımız yoxdur. Asılı olan Ermənistandır və bu müqavilə nə qədər tez imzalansa, onların xeyrinədir”.
Cavidan Mirzəzadə
Demokrat.az