Yunanıstan hökuməti "Adidas"ı məhkəməyə verdi

DÜNYA 18 may 2025, 09:10
Yunanıstan hökuməti məşhur idman malları istehsalçısı "Adidas"a qarşı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə müraciət etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "The Independent" məlumat verib.

Ölkənin mədəniyyət naziri Lina Meldoni bildirib ki, görüntüləri sosial mediada yerləşdirilən reklam qədim tikililər haqqında qanunları poza bilər. İnternetdə yayılan foto və videolarda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Akropolun fonunda "Adidas"ın loqotipini və ayaqqabılarını yaradan işıqlı dronlar əks etdirir.

Nazir onu da əlavə edib ki, nazirlik Akropol üzərində pilotsuz uçuşlar üçün lisenziyalaşdırma prosedurunun pozulması faktını da araşdırır.

Qeyd edək ki, bu dünya irsi olan obyekt UNESCO-nun Afinanın xüsusi mühafizəsi altındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2025, 10:58
Top